İspaniyanın Kataloniya bölgəsində keçirilən seçkilərdə müstəqillik tərəfdarları qalib gəlib
- 28.09.2015, 10:43,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Sentyabrın 27-də İspaniyanın Kataloniya bölgəsində keçirilən seçkilərdə müstəqillik tərəfdarları qalib gəlib.
APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, artıq səslərin 99,67 faizi hesablanıb. Demokratik Məqsəd Birliyi Partiyası (CDC) və Kataloniya Respublikaçı Sol Partiyasının (ERC) yaratdığı “Junts pel Si’ (“Hə üçün Birlikdə”) koalisiyası səslərin 39,6 faizini toplayaraq, məclisdə 62 yer qazanıb. Səslərin 8,18 faizini toplayan radikal sol mövqeli və müstəqillik tərəfdarı Xalq Birliyi Namizədliyi (CUP) isə məclisə 10 deputat göndərəcək.
Katoloniya muxtariyyətinin 135 yerlik məclisində 72 yeri müstəqillik tərəfdarları əldə edib.
Kataloniya muxtariyyətinin lideri və CDC sədri Artur Mas seçkilər başa çatandan sonra mətbuata verdiyi açıqlamasında nəticələrdən razı olduğunu vurğulayıb: “Müstəqillik tərəfdarları və demokratiya qalib gəldi”.
ERC partisinin lideri Oriol Junqueras isə “tarixin ən şanlı səhifələrini yazırıq” deyə bildirib.
Seçkilərlə bağlı son nəticə oktyabrın 4-də elan ediləcək.
İspaniya hökuməti isə nəticələri Artur Masın separatçı layihəsinin fiaskosu adlandırıb.
Qeyd edək ki, 32114 kv.km ərazisi olan Kataloniyanın 7,5 milyon nəfər əhalisi var və İspaniyanın ən varlı bölgəsidir. Təkcə keçən il Kataloniya 16,8 milyon turist gedib.