Nyu-Yorkda ABŞ və Rusiya prezidentləri arasında görüş olub

Nyu-Yorkda ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin arasında görüş keçirilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu, iki ölkə liderinin son 2 ildə baş tutan ilk danışıqlarıdır.

Bağlı qapılar arxasında keçirilən görüş nəzərdə tutulduğundan çox çəkərək iki saata qədər davam edib.

Bundan əvvəl Kreml və Ağ Evdən bildiriblər ki, danışıqlarda ikitərəfli münasibətlər, həmçinin Suriya və Ukraynadakı vəziyyət diqqət mərkəzində olacaq.

Qeyd edək ki, görüş BMT Baş Assambleyasının 70-ci yubiley sessiyası çərçivəsində baş tutub.
Şərhlər
Dünya bölməsinin xəbərləri