MTRŞ: Bayağı verilişlərin bağlanması prosesi davam edəcək

“İctimaiyyətin narazılığına səbəb olan, teleradio haqqında qanunvericiliyi pozan, milli-mənəvi dəyərlərə xələl gətirən verilişlər var ki, onlarla da bağlı tədbirlər görülməsi nəzərdə tutulur. Proses davam edəcək”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Mətnin xülasəsi

O, bildirib ki, telekanallar ANS-lə bağlı bu gün verilən məlum qərardan müəyyən nəticə çıxararaq öz efirlərində, proqram siyasətlərində dəyişiklik edərlərsə, MTRŞ-nın inzibati müdaxiləsinə ehtiyac qalmayacaq: “Bugünkü bərbad vəziyyət olduğu kimi qalacaqsa, bayağı verilişlərin yayımı davam etdiriləcəksə, bu proses davam etdiriləcək. Dövlətin və cəmiyyətin mənafelərinin qorumaq baxımından Şura ona verilmiş səlahiyyətlərdə istifadə etməyi məqsədəuyğun hesab edir”.
T. Dadaşov qeyd edib ki, telekanallara qarşı hər hansı təzyiqdən söhbət gedə bilməz: “Burada teleradio yayımı sahəsində tənzimlənmədən, acınacaqlı durumun düzəldilməsindən söhbət gedir. Bu sosial sifarişdir, cəmiyyətin sifarişidir. Dövlət orqanı kimi də Şura öz üzərinə düşən vəzifələri yerinə yetirəcək”.
Şərhlər
Sosial bölməsinin xəbərləri