Dünyaya uşaq gətirən anasını görməyə gedən 13 yaşlı oğlan xəstəxanada yıxılaraq xəsarət alıb
- 01.10.2015, 11:25,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Zaqatala Mərkəzi Rayon Xəstəxanasında (MRX) əməliyyat olunan anasının ziyarətinə gedən 13 yaşlı oğlan yıxılaraq, xəsarət alıb.
APA-nın məlumatına görə, sentyabrın 30-u saat 21:30 radələrində Balakən rayonu Katex kənd sakini, 2002-ci il təvəllüdlü Həbibullah Mirlav oğlu İsayev Zaqatala MRX-nın ikinci mərtəbəsinə qalxarkən pilləkəndən yıxılıb. Ağır qapalı kəllə-beyin travması alan yeniyetmə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, H. İsayevin anası 2 gün əvvəl həmin xəstəxanada qeyseriyyə əməliyyatı yolu ilə uşaq dünyaya gətirib.
Faktla bağlı araşdırma aparılır.