Avropa Liqasında ardıcıl 6 matçda uduzmayan “Qəbələ”nin uğurlu seriyası Krasnodarda başa çatıb
- 02.10.2015, 08:58,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
USD
1.0485
EUR
1.1688
Русский English Français عربي
Futbol
Avropa Liqasında ardıcıl 6 matçda uduzmayan “Qəbələ”nin uğurlu seriyası Krasnodarda başa çatıb
Avrokubokdakı təmsilçimizdən "Qəbələ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində növbəti sınağına çıxıb.
APA-nın məlumatına görə, Roman Qriqorçukun yetirmələri Rusiyada “Krasnodar”ın qonağı olublar.
İlk turda öz meydanında PAOK-la qarşılaşan və qolsuz bərabərliyə razılaşan əyalət klubu səfərdən də ən az 1 xalla dönərək, xal ehtiyatını artırmaq niyyətində idi.
Ancaq matça ev sahibləri fəal başlayıblar. 8-ci dəqiqədə Vanderson erkən qola imza ataraq komandasını hesabda önə çıxarıb. İlk yarı bu hesabla tamamlanıb.
İkinci hissəyə isə təmsilçimiz qolla başlayıb. Fasilədən sonra 6-cı, oyunda isə 51-ci dəqiqədə Dodo Antonovun ötürməsindən maksimum yararlanaraq bərabərliyi təmin edib.
Ancaq oyunun nəticəsini ruslar təyin edib. Smolov 84-cü dəqiqədə azərbaycanlı futbolsevərlərin "kefin soğan doğrayıb".
Bu oyuna qədər avrokubokda ardıcıl 6 matçda uduzmayan “Qəbələ”nin uğurlu seriyası Krasnodarda başa çatıb.
Qrupun digər oyununda isə ilk matçda Bakıda "Qəbələ" ilə qolsuz bərabərliyə razılaşan PAOK öz meydanında Dortmund "Borussiya"sına uduzmayıb. Qarşılıqlı vurulan 1 qol, hər komandaya 1 xal qazandırıb.
Avropa Liqası, qrup mərhələsi
II tur
1 oktyabr
C qrupu
“Krasnodar” (Rusiya) – “Qəbələ” (Azərbaycan) - 2:1
Qollar: Vanderson, 8; Smolov, 84 - Dodo, 51
Baş hakim: Marçin Borski (Polşa)
Krasnodar. “Kuban” stadionu
PAOK (Yunanıstan) - "Borussiya" (Dortmund, Almaniya) - 1:1
Qol: Mak, 34 - Gastro, 72
Baş hakim: Anthoni Teylor (İngiltərə)
Saloniki, “Stadio Toumba”