Azərbaycan paytaxtında özünü 8-ci mərtəbədən atan 25 yaşlı qız sağ qalıb
- 02.10.2015, 11:25,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda intihara cəhd olub.
Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Qaçaq Nəbi küçəsi 2A, mənzil 34 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1990-cı il təvəllüdlü Şərqiyyə Azər qızı Qasımova yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb. Müxtəlif bədən xəsarətləri alan gənc qız xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Hadisənin motivi məlum deyil.
Faktla bağlı Xətai Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.