YAP Leyla Abdullayevanın namizədliyini geri götürməsinin səbəbini açıqlayıb

Yeni Azərbaycan Partiyası (YAP) 41 saylı Sumqayıt I Seçki Dairəsindən namizədliyini irəii sürdüyü hazırkı deputatı Leyla Abdullayevanın namizədliyini geri götürməsinin səbəbini açıqlayıb.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, buna səbəb L. Abdullayevin dövlət qulluğunda işə keçməsi ilə bağlıdır.

O qeyd edib kİ, hazırda məktəb direktoru işləyən L. Abdullayeva dövlət qulluğunda işə keçmək qərarına gəlib, bu halda isə qanun onun seçkili orqanda təmsil olunmasına icazə vermir: "Bu səbəbdən də namizədliyini geri götürüb. Onun hansı dövlət qulluğunu tutması isə hələ bilinmir. İşə götürüləndə açıqlanacaq”.

Qeyd edək ki, hazırda Sumqayıtı Milli Məclisdə YAP-ın deputatı kimi təmsil edən L. Abdullayeva növbəti seçkilərdə partiyanın siyahısı üzrə namizədliyi irəli sürülsə də, öz ərizəsi ilə namizədliyini geri götürüb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri