Anonim zəng nəticəsində çoxlu silah-sursat tapıldı
- 05.06.2013, 14:51,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən gün Goranboy rayonun ərazisində xeyli sayda silah-sursat aşkarlanıb. Xocalı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Polis Şöbəsinə edilən anonim zəng əsasında Goranboy rayonun Yenikənd kəndi ərazisinə baxış keçirilib.
Həmin vaxt oradan 1 ədəd avtomat, 1 ədəd naqan tipli tapança, 1 ədəd xaricdə istehsal olunmuş tapança, 3 ədəd açılan tüfəngi, 4 ədəd avtomat sandıqçası, 1 ədəd süngü bıçağı və xeyli sayda patronlar aşkar edilərək polis əməkdaşları tərəfindən götürülüb.
Hazırda polis şöbəsində faktla bağlı araşdırma aparılır.