Göygöldə avtomobil su anbarına düşüb, 3 nəfər boğularaq ölüb
- 05.10.2015, 00:01,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Göygöldə üç nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
APA-nın verdiyi məlumata görə, hadisə oktyabrın 4-də axşam saatlarında qeydə alınıb.
“VAZ 2109” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı su anbarına düşüb.
Qəza nəticəsində avtomobildə olan 3 nəfər boğularaq ölüb.
Avtomobil və ölənlərin meyitləri sudan çıxarılıb.
Ölənlərdən biri 1981-ci il təvəllüdlü Pərviz Teymurovdur. Digər iki nəfərin kimliyinin müəyyən edilməsi istiqamətində iş aparılır.
Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.