Şəki sakinini Bakıda maşın vuraraq öldürüb
- 05.10.2015, 11:59,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 4-ü saat 07:10 radələrində, Səbail rayonu Neftçilər prospektində qeydə alınıb. Qazax rayon sakini Azər Mehrəliyev idarə etdiyi «Toyota-Avalon» markalı avtomobillə Şəki rayon sakini, 1944-cü il təvəllüdlü Laçın Mustafayevi vurub. Nəticədə, L.Mustafayev xəstəxanada dünyasını dəyişib.