Aparıcı Nanə Ağamalıyevanın yeni verilişi “Nanəli”nin ilk efir günü qalmaqallı anlarla yadda qalıb.
“Qafqazinfo”nun məlumatına görə, proqramda “Maral, maral” mahnısının tənqid olunması Nadir Qafarzadəni özündən çıxarıb:
“Mən o mahnı ilə pul qazanıram, evimə çörək pulu aparıram. Əcəb edib oxuyuram, onunla uşaq böyüdürəm. Əsər oxuyub acından ölüm?”
Xalq artisti Flora Kərimova Nadirin sözlərinə münasibət bildirib:
“Sənət adamına “əcəb edirəm” sözü yaraşmır. İnsan səsinə, sənətinə, mədəniyyətinə görə qəbul olunmalıdır. Bunlar çox çətindir. Siz içəri girib, sizə çörək verən mənə salam vermədiniz. Bu səhnə, münasibət mədəniyyətidir”.
Xalq artistinin sözlərindən sonra Qafarzadə “Dedim ki, verilişə gəlməyim. Daşım ağırdır” deyib verilişi tərk edib.
Qeyd edək ki, “Nanəli” verilişində sənət adamları yarışır. Verilişin sonunda səsvermə nəticəsində bir müğənni proqramı tərk edir.