Rusiyalı politoloq: “Dağlıq Qarabağ dərin iqtisadi böhran içərisindədir”
- 06.10.2015, 11:47,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dağlıq Qarabağ heç kim tərəfindən tanınmayıb və dərin iqtisadi böhran içərisindədir”.
APA-nın Ukraynanın “Novoe Vremya” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə rusiyalı politoloq Dmitriy Oreşkin Donbas və onun timsalında digər münaqişələrlə bağlı yazısında qeyd edib.
“Azərbaycan hesab edir ki, Qarabağ onun ərazisi olub, indi elədir, gələcəkdə də olacaq. Eyni zamanda, Ermənistan qədim zamanlardan burda ermənilərin məskunlaşdığını iddia edərək erməni ərazisi olduğunu israr edir. Nəticədə isə region heç kim tərəfindən tanınmayıb və dərin iqtisadi böhran içərisindədir. Lakin müharibə yoxdur-münaqişə dondurulub. Bu, Abxaziyaya da aiddir: Gürcüstan ayrılmağı dəstəkləmir və tanınmamış respublikanı mümkün blokadada saxlayır. Rusiya onu rəsmən tanıyıb, lakin bununla sevinməyə dəyməz. Çünki Abxaziya Rusiya büdcəsindən asılıdır,”- deyə müəllif yazır.