Bakıda restoranda baş yarıldı

Paytaxtda yerləşən restoranlardan birində kütləvi dava düşüb. Bakı Şəhər Baş Polis İdarəsindən ANS-ə verilən məlumata görə, aprelin 7-si saat 04:35 radələrində Senyuşkin küçəsində yerləşən restoranda baş vermiş davada 3 nəfər ağır xəsarət alıb.

Bakı şəhər sakini Əziz Fərhadov bıçaq xəsarətləri ilə, qardaşı Tural və Fuad Cəbiyev kəllə-beyin xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Xətai Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 37-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri - Eldəniz Quliyev, qardaşı İntiqam, Məmməd Quliyev və Namiq Quliyev tutulublar.
Şərhlər
Hadisə bölməsinin xəbərləri