Brilliant Dadaşovanın adı yenə qalmaqalda
- 05.06.2013, 15:08,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünya Azərbaycanlılarının Konqresi xalq artisti Brilliant Dadaşovanı "Türk dünyasının sənət kraliçası" tituluna deyil, "Sevgi" mükafatına layiq görüb. Brilliant Dadaşovanın mətbuat xidmətindən ANS-ə verilən məlumata görə, 30 may 2013-cü ildə Dünya Azərbaycanlılarının Konqresi Azərbaycanda fəaliyyət göstərən əyləncə məkanlarının birində möhtəşəm mükafatlandırma mərasimi keçirilib.
Konqres Brilliant Dadaşovanı türk dünyasında Azərbaycan mədəniyyətini yüksək səviyyədə təbliğ etdiyinə görə “Sevgi” ödülü ilə mükafatlandırıb.
Brilliant Dadaşova səhnəyə çıxanda gecənin aparıcısı Sərxan Kərəmoğlu Brilliant xanımı "Türk Dünyasının sənət kraliçası" kimi təqdim edib.
Qeyd edək ki, Amaliya Pənahova, Fəxriyə Xələfova, Nurəddin Mehdixanlı, Hüseynbala Mirələmov, Məleykə Əsədova, tanınmış teleaparıcılar, media nümayəndələri də seçilənlər sırasında olub.