Rusiyanın “TNT” telekanalında yayımlanan serialda azərbaycanlı meyxana ustadının yaradıcılığına müraciət olunub.
Jurnalist Fuad Mədətov həmin meyxana ustası ilə əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirib. Belə ki, bu barədə səbəbkar, Azərbaycanda öz dəsti-xətti ilə tanınan meyxana ustadı Nicat Mənalı xəbərdar olduğunu bildirib:
“Rusiyanın “TNT” telekanalında yayımlanan “İzmeni” teleserialında sözləri və musiqi müəllifi olduğum rus dilində “Krassaviça maya” adlı mahnım səslənib. Mahnı filmin 2 seriyasında – 1-ci və 4-cü seriyasında səslənib. Bununla bağlı “TNT” telekanalının əməkdaşı ilə müqavilə imzalamışam.”
Meyxana ifaçısı onu da qeyd edib ki, yaxın günlərdə dinləyicilərin ixtiyarına “Krassaviça maya” mahnısının remiks variantı təqdim olunacaq: “Sənətimin başqa bir dövlətdə izlənməsi, sevilməsi və filmdə mahnımın səslənməsi doğrudan da çox sevindiricidir. Bu, meyxana sənətinə və gələcəkdə meyxana yaradıcılına üstünlük verən böyük bir təkandır. Bu baxımdan da yaxın günlərdə “Krassaviça maya” mahnısının remiks variantını hazırlayıram. Artıq mahnının Rusiya telekanallarında yayımlanmasına vəd almışam.”
Məlumat üçün bildirək ki, Nicat Mənalı “Dostluq”, “Fani dünya”, “Gecələr”, “Emin və Firuzə” adlı bir çox musiqi əsərlərinin müəllifidir.