Peskov: “Suriyaya atılan raketlərin trayektoriyası İraq və İranla razılaşdırılıb”

Rusiya hərbi gəmilərinin Xəzər dənizindən İŞİD-in Suriyadakı mövqelərinə atdığı raketlərin trayektoriyasını rəsmi Bağdad və Tehranla razılaşdırıb.

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Xəzər akvatoriyasından Suriyada terrorçulara məxsus obyektlərə raket zərbələrinin endirildiyini əks etdirən videogörüntüləri yaymışdı. Qeyd olunub ki, hədəfdə İŞİD-ə məxsus silah-sursat istehsalı müəssisələri olub.

Rusiya hərbi gəmiləri Xəzər dənizindən Suriya ərazisinə raket zərbələri endirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri