Rusiyada Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən fotomüsabiqəsinin yekunlarına həsr olunan tədbir keçiriləcək

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə “LETO AMOR” fotomüsabiqəsi keçirilib.

APA-nın verdiyi məlumata görə, hər il keçirilən fotomüsabiqənin məqsədi gənclərin yaradıcı inkişafına və həvəskar fotoqrafların peşəkarlığının artmasına kömək etməkdir.

AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev bildirib ki, oktyabrın 18-də “Moskva Hall” konsert zalında “LETO AMOR-2015” müsabiqəsinə yekun vurulacaq və qaliblər mükafatlandırılacaq. Onun sözlərinə görə, "Qaliblər beş nominasiya üzrə (“Bakı Yer üzündə ən yaxşı şəhərdir”, “Azərbaycan memarlığı: Qız qalasından “Flame Towers” qülləsinədək”, “Böyük şəhərdə idman”, “Şəhərlərdən uzaqlarda” və “EkoIDEA”) elan ediləcək.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri