Bakıda biznes lediyə qarşı müdhiş cinayətin təfərrüatları

Bakıda biznes lediyə qarşı müdhiş cinayətin təfərrüatları Bakıda qadınlara qarşı törədilən cinayətin maraqlı təfərrüatı üzə çıxıb.


Suraxanı Polis İdarəsindən verilən məlumata görə, zərərçəkmiş Züleyxa Əsgərova Bakıdakı tanınmış ticarət mərkəzində bizneslə məğuldur. Onun evinə basqın edilməsi də məhz iş adamı olması və pullu olması ilə bağlıdır. Cinayətin təşkilatçısı isə yaxın rəfiqəsi və qohumu olan Fərzanə Ağayeva olub. Tez-tez Zuleyxanın mənzilinə gələn Fərzanə evə necə girmələrini, pullarının yerini öyrənib.


O, bu haqda qeyri-rəsmi yaşadığı Rüfət Məmmədovla plan cızıb. Plana əsasən, Fərzanə şübhə yaratmamaq üçün Züleyxanın evinə getməli və orada olarkən Rüfət evdə onlara hücum etməliymiş. Fərzanə rəfiqəsigildə olan zaman evə maskalılar soxulublar. Evə girən şəxslər qadınların əl-qolunu bağlayıblar. Fərzanə isə yalandan özünü qorxan kimi göstərərək səs-küy salıb. Evdən pulları götürən şəxslər mənzili tərk ediblər.


Aparılan istintaq zamanı cinayətin təşkilatçısının Fərzanə olduğu üzə çıxıb. Sevgililər tutularaq istintaqa təhvil veriliblər. Hazırda Fərzanə 3 aylıq hamilədir. Dəstənin digər iştirakçılarının tutulması istiqamətində iş aparılır.



ANS
Şərhlər
Hadisə bölməsinin xəbərləri