Daxili İşlər Nazirliyinin qəzaya uğrayan şöbə rəisi öldü

Daxili İşlər Nazirliyinin qəzaya uğrayan şöbə rəisi öldü Mayın 29-na keçən gecə Bakının Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzada yaralanan şəxslərdən biri xəstəxanada ölüb. ANS-ın məlumatına görə, 90 FP 014 dövlət qeydiyyat nişanlı “VAZ 2114” və 10 XO 058 nömrəli ”Hyundai”ın toqquşması nəticəsində ağır xəsarət alan Daxili İşlər Nazirliyinin Baş Təşkilati İnspektor İdarəsinin Nəzarət Əlaqələndirmə şöbəsinin rəisi, polis polkovniki Həsənov Elşən Ağahüseyn oğlu xəstəxanada həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. Digər yaralılar, Bakı sakinləri, 24 yaşlı Əliyev Taleh Həsənağa oğlu və 26 yaşlı Xəlilov Fərid Rasim oğlunun vəziyyəti isə normallaşıb.

Məlumata görə, qəzadan sonra hər iki avtomobil yanıb. Yaralılar FHN-in xilasediciləri tərəfindən əzilmiş maşınlardan çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Qeyd edək ki, E.Həsənovun idarə etdiyi “Hyunadi” qəza zamanı zərbənin gücündən bardürün digər tərəfinə düşüb. Bu vaxt o biri hərəkət zolağında sürətlə hərəkətdə olan başqa bir maşın onu vurub. Odur ki, polis polkovniki digər şəxslərə nisbətən daha ağır xəsarətlər alıb.

Faktla əlaqədar araşdırmalar davam etdirilir.


Şərhlər
Hadisə bölməsinin xəbərləri