Bakı Beynəlxalq Avtovağzal Kompleksindən sürüşmə ilə bağlı açıqlama

Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yolda sürüşmə təhlükəsinin olması qurumun işinə mənfi təsir göstərməyib. Bunu Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib.

Onun sözlərinə görə, qurum adi qayda ilə işini davam etdirir və sərnişinlər üçün heç bir həyati təhlükə yoxdur: “Sürüşmə olan yolun Bakı Beynəlxalq Avtovağzal Kompleksinə aidiyyatı yoxdur. Ona görə də sərnişinlərimiz adi günlərdə olduğu kimi xidmətlərimizdən istifadə edirlər. Sözügedən yolda isə bir sıra bərkitmə işləri artıq həyata keçirilib”.

Qeyd edək ki, oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində gələn yolda sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri