Kemeron və Merkel Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını bildiriblər
- 10.10.2015, 10:19,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Almaniya kansleri Anqela Merkel və Böyük Britaniyanın baş naziri Devid Kemeron Minsk sazişi tam yerinə yetirilməyənədək Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını bildiriblər.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya və Böyük Britaniya liderləri Londonda keçirdikləri görüşdə razılığa gəliblər.
Devid Kemeron Normand formatı çərçivəsində əldə olunan irəliləyişi alqışlayıb, Anqela Merkel və Fransa prezidenti Fransua Ollandın səylərini yüksək qiymətləndirib. Görüşdə Ukraynaya hərtərəfli dəstəyin vacibliyi xüsusilə vurğulanıb.
“Almaniya kansleri və baş nazir bu fikirdədirlər ki, Minsk sazişi tam olaraq yerinə yetirilməyənədək Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar qüvvədə qalmalıdır”, Britaniya hökumətinin ofisindən bildirilib.