Yozef Blatter: "Onlar məni məhv edə bilərlər, lakin həyatımın işini məhv edə bilməyəcəklər"

FİFA etika komitəsinin qərarı ilə 90 gün müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılan qurumun eks-prezidenti Yozef Blatter mübarizəsiz təslim olmayacağını bildirib.

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Schweiz am Sonntag nəşri məlumat yayıb.

“Mən döyüşçüyəm. Onlar məni məhv edə bilərlər, lakin bütün həyatımın işini məhv edə bilməyəcəklər”, deyə o bildirib.

Qeyd edək ki, Blatter FİFA rəhbəri vəzifəsindən kənarlaşdırıldığına görə apelyasiya şikayəti verib.
Şərhlər
İdman bölməsinin xəbərləri