Tovuz rayonunda sürücüyə kömək edən sərnişini başqa avtomobil vuraraq öldürüb
- 12.10.2015, 10:15,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Tovuz rayonunda sürücüyə kömək edən sərnişini başqa bir avtomobil vuraraq öldürüb.
APA-nın verdiyi məlumata görə, oktyabrın 11-də gecə saatlarında rayonun Xatınlı-Əlimərdanlı yolunda Tovuza gələn Əflatun Həsənov özünə məxsus "VAZ 2101" markalı avtomobilində şini dəyişən zaman ona kənardan işıq salan sərnişin, Tovuz şəhər sakini, 1962-ci il təvəllüdlü Murad Mirzəyev Aşağı Öysüzlü kənd sakini, 1962-ci il təvəllüdlü İmran Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillə vurulub. Ağır xəsarət alan M. Mİrzəyev dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.