Telman İsmayılovun mətbuat xidməti ionun "borc qalmaqalı" barədə açıqlama yayıb
- 12.10.2015, 10:17,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Moskva Bankı"nın əməlləri anlaşılmazlıq doğurur
"Telman İsmayılov şəxsən "Moskva Bankı"na kredit müddəti ərzində 70 milyon ABŞ dolları faiz ödəyib və götürdüyü kreditin 50 milyon dollarını qaytarıb". Bu barədə APA-nın Moskva müxbirinə iş adamı, AST qrupun prezidenti Telman İsmayılovun mətbuat xidmətindən məlumat verilib.
Mətbuat xidmətindən bildirilib ki, "Moskva Bankı" ilə AST qrup arasında uzun müddət əməkdaşlıq münasibətləri olub: "İlk kredit müqaviləsi 2006-cı ildə imzalanıb. Əməkdaşlıq müddəti ərzində Telman İsmayılov şəxsən "Moskva Bankı"na 70 milyon dollar kredit faizi ödəyib. Eləcə də götürdüyü kreditin 50 milyon dollara yaxın məbləğini qaytarıb. AST kompaniyası tərəfindən “Moskva Bankı”ndan götürülən bütün kreditlər “birinci klas” zaminlə təmin olunub. İndiyədək “Moskva Bankı”nda AST kompaniyasının üç böyük aktivi girovdadır. Bunlar "Köhnə Arbat" küçəsində "Praqa" restoranının yerləşdiyi ümumi sahəsi 10 min kvadratmetr olan tarixi bina, Krasnaya Presnya küçəsindəki ümumi sahəsi 16 min kvadratmetr olan ticarət-ofis mərkəzi və İzmaylovo rayonunda yerləşən ümumi sahəsi 21 min kvadratmetr olan ticarət mərkəzidir. Bütün bu obyektlər icarəyə verilib və stabil gəlir gətirirlər.
"Moskva Bankı"ndan borc alanların krediti qaytarmaqla bağlı problemi yarananda Telman İsmayılov və "Moskva Bankı" birlikdə qərara gəldilər ki, girov qoyduqları obyektlərin bir hissəsinin kreditin banka qaytarılması məqsədilə satsınlar. Birgə səylərlə girov qoyulan üç obyektdən ikisinə 150 milyon dollar verən alıcı tapıldı. Bundan əlavə alıcı “Moskva Bankı”na 15 milyon dollar məbləğində girov da qoydu. Lakin məlum olmayan səbəblərdən "Moskva Bankı" alış-satış müqaviləsini imzalamadı.
Bir qədər sonra məlum oldu ki, AST şirkətinin krediti “VTB Bankı”nın borc xidmətinə verilib. AST-nin kredit borcuna görə də “VTB bank”ın bu xidmətində kurator Andrey Sergeyeviç Puçkovu təyin ediblər. Puçkovla əlaqə yaratmaq cəhdləri boşa çıxdı.
Telman İsmayılov və “AST holdinq” üçün Puçkovun girov qoyulan aktivləri 33 milyon dollara götürülməsi təklifi tamamilə gözlənilməz oldu. Baxmayaraq ki, indiki vəziyyətdə ekspertlərə görə həmin aktivlərin ən aşağı dəyəri 250 milyon dollardan aşağı deyil. Bankın bundan sonrakı fəaliyyəti də tamamilə anlaşılmazlıq doğurur. “Birinci klas” aktivlərin Bankda girov olmasına və həmin aktivlərin götürülən kreditin borcunu tamamilə ödəməsinə baxmayaraq, bankın məhkəməyə müraciət edərək zamin duranların borcu qaytarması barədə iddia qaldırması qəribə görünür.
Hazırda "Moskva Bankı"nın təşəbbüsü ilə başlanan üç məhkəmə işinin hamısı zamin duranlara, girov sahiblərinə, Banka öz aktivlərini girov kimi təqdim edənlərə qarşı deyil, şəxsən Telman İsmayılova və "KBF AST" MMC-yə qarşı başlanılıb.
Sual yaranır ki, “Moskva Bankı” hansı məqsədlə girov qoyulan əmlakları sataraq krediti bağlamağa cəhd edir? Əksinə, birbaşa Telman İsmayılova qarşı iddia qaldırmaq üçün əlindən gələni edir.
Hazırda Telman İsmayılov və “AST holdinq” əvvəlki kimi “Moskva Bankı” ilə kreditin bağlanması və borcun tənzimlənməsi məqsədi ilə dialoqa hazırdır", deyə Telman İsmayılovun mətbuat xidmətindən bildirilib.
Qeyd edək ki, Rusiyanın "Moskva bankı"nın ("Bank Moskvı", VTB qrupu) Moskva Arbitraj Məhkəməsində paytaxtdakı Çerkizov bazarının keçmiş sahibi, iş adamı Telman İsmayılovun rəhbərlik etdiyi AST Şirkətlər Qrupuna daxil olan "KBF AST" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı 213 milyon dollarlıq iddia qaldırıb. "Moskva bankı" iddiasında 2012-ci il 28 sentyabr tarixində imzalanmış müqaviləyə əsasən, "Ruslayn 2000" MMC-nin adına alınan 213 milyon dollar məbləğində borcun ödənilməsini tələb edib.