Nazir müavini: "Azərbaycan 2040-cı ilədək ixrac edəcəyi qazı artıq satıb"
- 12.10.2015, 19:08,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə tərəfi Rusiya qazından imtina etdiyi halda, bunu Azərbaycan qazı ilə kompensasiya etmək mümkün olmayacaq".
APA-nin xəbərinə görə, bunu Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov "Rambler. Xəbərlər" portalına açıqlamasında bildirib.
Nazir müavininin sözlərinə görə, bunun səbəbi Azərbaycanın əlavə qaz həcminə malik olmamasıdır: "Azərbaycan 2040-cı ilədək hasil edəcəyi və ixrac üçün nəzərdə tutulan qazı artıq satıb. Əgər əlavə qazımız olsaydı, biz onu daxili tələbata yönəldərdik".