Beynəlxalq Bankın İslam bankçılığı departamenti ləğv olunub
- 13.10.2015, 10:05,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Beynəlxalq Bankının (ABB) İslam bankçılığı departamenti ləğv edilib.
Bu barədə APA-ya bankdakı mənbə bildirib.
Bildirilir ki, departamentin fəaliyyəti ABB rəhbərliyinin qərarı ilə dayandırılıb.
"Departamentin direktoru Behnam Qurbanzadə və departamentin digər əməkdaşları işdən kənarlaşdırılıblar", - deyə mənbə qeyd edib.
İnformasiyanı bankdan APA-ya təsdiqləyiblər.
Qeyd edək ki, ABB İslam bankçılığını regionda ilk tətbiq edən bank olub. Bank ölkədə İslam bankçılığının tətbiq edilməsi üzrə layihə çərçivəsində yaradılmış “İslam pəncərəsi”nin açılması haqqında 2012-ci ilin sentyabrında elan edib. Az sonra İdarə Heyətinin qərarı ilə bankda İslam bankçılığı departamenti yaradılıb. Departament müştərilərinə - hüquqi və fiziki şəxslərə xidmət göstərməyə 2013-cü ilin aprel ayından başlayıb.