Azərbaycanda 9 ayda yol-nəqliyyat hadisələrində 666 nəfər ölüb -
- 13.10.2015, 12:31,
- Cəmiyyət / Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda 9 ay ərzində baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin APA-ya verdiyi məlumata görə, 9 ay ərzində respublikanın avtomobil yollarında 1663 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 666 nəfər ölüb, 1746 nəfər xəsarət alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 296 fakt, qəzada ölənlərin sayı 179, yaralananların sayı isə 247 fakt azalıb.
Qəzalar əsas etibarı ilə toqquşma hadisələridir ki, bunlar baş vermiş ümumi qəzaların 34, 2 faizini təşkil edib. 569 toqquşma hadisəsi nəticəsində 225 nəfər ölüb, 792 nəfər xəsarət alıb. 179 aşma hadisəsi nəticəsində 86 nəfər ölüb, 183 nəfər xəsarət alıb. 181 maneə vurma hadisəsi nəticəsində 88 nəfər ölüb, 195 nəfər xəsarət alıb.
Piyadaların vurulması ilə bağlı 659 yol-nəqliyyat hadisəsi qeydə alınıb. 235 piyada ölüb, 491 nəfər xəsarət alıb.
Sürət həddinin aşılması səbəbindən 468 qəza baş verib. 216 nəfər ölüb, 396 nəfər yaralanıb. Ötmə və qarşı hərəkət zolağına çıxma nəticəsində 612 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 238 nəfər ölüb, 737 nəfər yaralanıb. 148 yol ayrıcını keçmə qaydalarının pozulması nəticəsində baş verən qəzalarda 29 nəfər ölüb, 210 nəfər yaralanıb.
Uşaqların iştirakı ilə baş verən qəzalarda 56 uşaq dünyasını dəyişib, 153 nəfər isə yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə uşaqların iştirakı ilə baş verən qəzalarda ölənlərin sayı 18 fakt, yaralananların sayı isə 21 fakt azalıb