SOCAR kəşfiyyat işlərini dayandırıb
- 14.10.2015, 19:57,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Bizim əsas çatışmazlığımız üzən qazma qurğularının olmamasıdır. Geoloq kimi deyirəm ki, bu, tamamilə bizim işlərimizi əngəlləyir".
APA-nin məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
X. Yusifzadənin sözlərinə görə, faktiki olaraq, bu gün kəşfiyyat işləri dayanıb: "Buna görə, biz "Abşeron", "Zəfər-Məşəl" və digər yataqların işlənilməsi üçün üzən qazma qurğusu gözləyirik. İlk üzən qazma qurğusu 2018-ci ildə hazır olacaq. Bizim üzən qazma qurğuları sarıdan əziyyət çəkməyimizin səbəbi odur ki, kəşfiyyat aparan 3 üzən qazma qurğumuzu BP şirkəti özündə saxlayıb. BP şirkəti də "Şahdəniz-2" layihəsi üçün sualtı quyu qazma işləri həyata keçirir. Bu, bizim ümumi işimiz üçündür. Sualtı qazma dəbə minəndən sonra, bizim kəşfiyyat işləri üçün əl-qolumuz bağlanıb. Buna görə də kəşfiyyat işləri bir az yubanır".