Rusiyalı müğənni körpəsini ABŞ-da dünyaya gətirdi [Foto]

Rusiyalı müğənni körpəsini ABŞ-da dünyaya gətirdi [Foto] Rusiyalı müğənni Janna Friske oğlunu dünyaya gətirdi. ANS PRESS-in "7 дней" saytına istinadən verdiyi məlumata görə, müğənni oğluna Platon adı verib. 38 yaşlı Janna ilk dəfə ana oldu və o, analıq sevincini ABŞ klinikalarının birində yaşayıb. Friskenin anası və bacısı da onun yanındadırlar.

Janna və sevgilisi teleaparıcı Dmitri Şepelev artıq körpənin ilk şəklini paylaşıblar. Rəsmdə balaca Platonun ancaq əli görünür. Xoşbəxt ana fotonun altından "Oğlum doğuldu" yazıb.

Müğənni yaxın bir neçə ayı Mayamidə keçirməyi planlaşdırır. Dmitri Şepelev orada mənzil kirayələyib. Cütlük artıq uşaq kreslosu olan ailə avtomobilinə sahiblənib.

Rusiyalı müğənni körpəsini ABŞ-da dünyaya gətirdi [Foto]
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri