Fikrət Məmmədov Göyçayda vətəndaşları qəbul edəcək
- 05.06.2013, 18:59,
- Hadisə
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov iyunun 11-də Göyçay şəhərində vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qəbulda Ağdaş, Ağsu, Zərdab, Göyçay, İsmayıllı, Kürdəmir, Ucar, Şamaxı, Bərdə, Ağcabədi, Ağdam rayonlarında yaşayan vətəndaşların, habelə Xankəndi və Laçın rayonlarından olan məcburi köçkünlərin ədliyyə və məhkəmə fəaliyyəti və digər məsələlərlə bağlı müraciətlərinə baxılacaq.
Bildirilir ki, qəbula gəlmək istəyən vətəndaşlar Göyçay regional ədliyyə şöbəsi, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.