Mehriban Əliyeva ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşüb

Oktyabrın 15-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Robert Sekuta ilə görüşüb.



Fonddan APA-ya verilən məlumata görə, Heydər Əliyev Fondunda keçirilən görüşdə Mehriban Əliyeva Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında ikitərəfli əlaqələrdən danışıb. Azərbaycanın birinci xanımı ölkəmiz müstəqilliyini bərpa edəndən sonra Amerika Birləşmiş Ştatları ilə bir çox sahədə, o cümlədən siyasi və iqtisadi sahələrdə uğurlu əməkdaşlıq etdiyini bildirib. Heydər Əliyev Fondunun prezidenti ölkələrimiz arasında əlaqələrdə neft-qaz sektorundakı əməkdaşlığı xüsusi qeyd edib.



Görüşdə ölkəmizdə regionun ən iri layihələrinin reallaşdırıldığı diqqətə çatdırılıb.



Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin yeni missiya rəhbəri Mikaela Meredisin də iştirak etdiyi görüşdə bu layihələrin həm region, həm Avropa üçün əhəmiyyəti vurğulanıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri