Qalatasaray" - "Fənərbağça" arasında Superkubok oyununun keçiriləcəyi stadion müəyyənləşdi

Qalatasaray" - "Fənərbağça" arasında Superkubok oyununun keçiriləcəyi stadion müəyyənləşdi Türkiyə Futbol Federasiyası (TFF) ölkə Superkuboku uğrunda qarşılaşmanın keçiriləcəyi məkanı müəyyənləşdirib.

"Fənərbağça" ilə "Qalatasaray" arasındakı görüş böyük ehtimalla Mersin şəhərində baş tutacaq.

Xatırladaq ki, TFF əvvəlcə bu oyunun Bakıda keçirilməsi ilə bağlı Azərbaycan tərəfinə müraciət etsə də, AFFA vaxt məhdudluğunu əsas gətirərək təklifi rədd etmişdi.

Qeyd edək ki, "Mersin Arena" stadionu 25 min azarkeş tutumuna malikdir.
Şərhlər
İdman bölməsinin xəbərləri