İranın neft hasilatı 24 illik minimuma enib

İranın neft hasilatı 24 illik minimuma enib. APA-nın məlumatına görə, bu barədə Böyük Britaniyada nəşr olunan “The Financial Times” qəzeti yazıb.



Xəbərdə bildirilir ki, bu ilin mayında İranın gündəlik neft hasilatı 2.5 milyon barel olmaqla 1989-cu ildən bəri ən aşağı səviyyəyə düşüb: “ABŞ və Avropa Birliyinin İranın maliyyə və enerji sektorlarına tətbiq etdiyi sanksiyalar səbəbindən neft ixracı azalıb.



Belə ki, İrandan neftinin əsas alıcıları olan Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Türkiyənin aprel ayında bu ölkədən “qara qızıl” idxalı 30% azalıb. Bu gün Yaponiyanın İrandan neft idxalı artıq 8 min barel olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 97%, Hindistanın isə 117 min barel olmaqla 56% azalıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri