Türkiyəli məşhurlar Bakıya gəlir
- 06.06.2013, 01:16,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda Heydər Əliyev Sarayında 16-cı “Qrand” Milli İçtimayi Mükafatının təqdimatı keçiriləcək. “V and V” company tərəfindən təşkil olunan və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən mükafatlandırma mərasimində il ərzində gördükləri işlərlə fərqlənən şou-biznes və mədəniyyət nümayəndələri “Qrand”a layiq görüləcək.
Milli Mükafatın təşkilatçısı Valeriy İlişayev ANS-ə açıqlamasında builki tədbirin fərqindən söz açıb: “Bu il ilk dəfə olaraq mükafatlandırma mərasiminə Türkiyədən fəxri qonaqlar dəvət olunub. Bu işdə bizə Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı model Günay Musayeva yaxından köməklik edib.
Bu il təşkil olunacaq mərasimə fəxri qonaq kimi həmyerlimiz Günay Musayeva ilə yanaşı Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Sinan Akçıl, “Öyle geçer zaman ki” serialının baş rol ifaçısı Cəmilə obrazını yaradan aktrisa Ayça Bingöl, model və Türkiyədə plates ustası kimi tanınan “Ebruli” proqramının aparıcısı Ebru Şallı və reytinqlərdə birinci olan “Muhteşem Yüzyil” serialının şəhzadə Mehmeti Gürbey İreli qatılacaq.
Aktirsa Ayça Bingöl Bakıya ailəsi ilə bərabər gələcək. Türkiyə mediasında da işıqlandıracağı mükafatlandırma mərasiminə yaxından köməklik edən və “Qrand”ın Türkiyə üzrə kordinatoru Günay Musayeva gələn il mərasimin beynəlxalq səviyyədə keçiriləcəyini vurğulayıb.
Hazırda Türkiyədə yaşanan olaylara baxmayaraq qonaqlar Bakıya gələcək və mükafatlandırma mərasimində fəxri qonaq qismində iştirak edəcək. Vurğulayaq ki, mərasimi Murad Dadaşov, Nərgiz Cəlilova, Eurovision 2011-in qalibi Eldar Qasımov və Afaq Gəncəli aparacaq.
Qeyd edək ki, “Qrand” gələn ildən beynəlxalq status alacaq. Mükafatlandırmaya Türkiyə eləcə də Rusiya mədəniyyət və şou biznes nümayəndələri də layiq görüləcək. Gələn il təqdimetməni Bakıda yox İstanbulda keçirməyi düşünürük.”