Azərbaycanlı iştirakçı İbrahim Purkazemi 5-ci mövsüm yayımlanmağa başlayan “O səs Türkiyə”nin növbəti buraxılışına qatılıb.
“Qafqazinfo”nun məlumatına görə, Təbrizdən gəldiyini bildirən ifaçı “Ayrılıq”mahnısını səsləndirib. Purkazeminin ifasını bəyənən Murat Boz onunla duet oxuyub.
İbrahim Gökhan və Hakan Özoğuz qardaşlarını seçib.