Bakıdakı marşrut avtobuslarına nəzarət gücləndirilir

Bakıdakı marşrut avtobuslarına nəzarət gücləndirilirBakıda marşrut avtobuslarına yeni GPS trekerlər quraşdırılacaq.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) APA-ya verilən məlumata görə, GPS treker adlanan telematik blok nəqliyyat vasitəsinin olduğu ərazi, hərəkətin sürəti, yanacağın sərfiyyatı, avadanlığın vəziyyəti (mühərrik işə salınıb, qapı açıq qalıb və s.) barədə məlumatı real vaxt rejimində dispetçer mərkəzinə ötürür. Xüsusilə, sürücülük qabiliyyətinə nəzarət sistemi yolda baş vermiş pozuntular (kobud sürücülük, sürət həddinin aşması və s.) haqqında məlumatı toplayır və işçi heyətinin fəaliyyətinin qiymətləndirilməsi sisteminə göndərir. Həmin sistemin köməyi ilə dispetçer istənilən müddət ərzində və müxtəlif səfərlər üzrə sürücülük qabiliyyətinin dəqiq qiymətləndirilməsinə nəzarət edə bilər.


Bort avadanlıqlarından fərqli olaraq yeni quraşdırılacaq GPS-lər sürücülərin əllə müdaxilə edə bilməyəcəyi hissələrdə (avtobusda) quraşdırılacaq. İstənilən kənar müdaxilə barəsində (avadanlığın söndürülməsi, zədələnməsi və s.) məlumat NİİM-in proqram təminatında dərhal əks olunacaq. Mühərrik işlək vəziyyətdə olmasa belə, avadanlıq 4 gün ərzində fasiləsiz məlumatlar (avtobusun sonuncu dəfə olduğu yer barədə) ötürə bilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri