Fariz Nəcəfov: “Borussiya” rəsmisinin Mxitaryanla bağlı fikirləri əsassızdır”

Fariz Nəcəfov: “Borussiya” rəsmisinin Mxitaryanla bağlı fikirləri əsassızdır” “Borussiya” Henrik Mxitaryanın viza məsələsi ilə bağlı bizə müraciət etməyib”.


Live.az APA-ya istinadən xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.


Rusiyanın sport-express.ru saytına danışan Nəcəfov maraqlı fikirlər səsləndirib.


Bu günlərdə “Borussiya”nın icraçı-direktoru Hans-Yoahim Vatske açıqlamasında komandanın erməni futbolçusu Henrik Mxitaryanın Bakıya gətirilməyəcəyini Azərbaycan və Ermənistan arasındakı konfliktin olması ilə əlaqələndirmişdi.


Nəcəfov isə bildirib ki, Mxitaryanın Azərbaycanda təhlükəsizliyi ilə bağlı problem yaşayacağından ehtiyatlanmasına lüzum yoxdu: “Borussiya” nümayəndəsinin məsələ ilə bağlı fikri əsassızdı. Biz təhlükəsizliyə maksimum təminat veririk. Beynəlxalq oyunları keçirmək təcrübəmiz var. Erməni idmançılar bu oyuna qədər də ölkəmizə gəliblər. Misal olaraq, bu yaxınlarda Bakıda keçirilmiş şahmat üzrə Dünya Kubokunu göstərmək olar. Odu ki, narahat olmağa dəyməz. Amma alman klubu Mxitaryanın viza məsələsi ilə bağlı bizə müraciət etməyib”.


Qeyd edək ki, “Qəbələ” – “Borussiya” matçı sabah keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri