Bəşər Əsəd Rusiyaya səfər edərək prezident Putinlə görüşüb

Suriya prezidenti Bəşər Əsəd oktyabrın 20-də Rusiyaya səfər edərək prezident Vladimir Putinlə görüşüb.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə V. Putinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb. O deyib ki, görüşdə Rusiyanın Suriyada hərbi əməliyyatlarının davam etdirilməsi məsələsi müzakirə olunub.

D. Peskov danışıqların həm dar, həm də geniş formatda aparıldığını söyləyib. Geniş formatda keçirilən görüşdə Rusiya hakimiyyətinin yüksək vəzifəli nümayəndələri iştirak edib. “Danışıqlar kifayət qədər uzun oldu, mövzu isə hamıya aydındır” , - deyə D. Peskov bildirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri