Miri Yusif: Haqqım geri qaytarılacaq

Miri Yusif Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə açıqlamalar verib.


Tanıınmış ifaçı, türkiyəli müğənni Funda Ararın onun "Bağışla" mahnısını icazəsiz ifa etdiyinə görə Türkiyəyə yollanacağını açıqlayıb:


"Funda Ararın ifasını çox bəyəndim əslində. Amma mənim haqqımı tapdaladılar. İstəyirəm ki, bu mahnının hər təqdimatında müəllif kimi mənim adım səslənsin, klipdə adım yazılsın. Bununla bağlı yaxın günlərdə Türkiyəyə gedəcəyəm. Orada Funda Ararla görüşdükdən sonra, böyük ehtimalla, istəyimə nail olacağam, haqqım geri qaytarılacaq. Mən pul dalınca qaçmıram, yetər ki, müəllif kimi adımı hallandırsınlar".


Miri Yusif ailəsindən də söz açıb: "Uğurumun ruzisi mənim övladlarımdır. Keçmişdə belə böyük uğurlarım olmayıb, çünki o zaman övladlarım yox idi, çox sevdiyim, gözəl xanımım yox idi. Bütün bunlar həyatımda olduqdan sonra uğurlarım da çoxalıb. Oğlumu çox istəyirəm, amma hər atanın öz qızına qarşı sevgisi tam başqadır, bunu bilirsiniz".


Sənətçi yeni yaradıcılıq işləri haqda da danışıb.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri