Xoşqədəm:"Allah şeytanları qarşımıza çıxartmasın"

Doğuşun ardınca Xoşqədəm Hidayətqızı da öz “İnstaqram” hesabında evliliyinin il dönümünə həsr olunan şəkil paylaşıb.

ANS-in məlumatına görə, Azərbaycanın məşhur aparıcısı Xoşqədəm Hidayətqızı həm heyranlarına,həmçinin həyat yoldaşı Doğuşa xoş sözlər yazıb. Aparıcı heyranlarına qısqanc, paxıl, qəlbi pisliklərlə döyünən insanlardan uzaq durmaqlarını arzu edib. Xoşqədəm Hidayətqızı Doğuşun onu dəyişdirdiyini və çətin anlarda əlindən tutduğunu yazıb.

“Düz bir il əvvəl bu günü... Mənim dəyərli dostlarım, sizlərə xoşbəxtlik, sağlıq və hüzurlu bir yuva hazırlayıram. Allahıma şükr edirəm ki, bu gün güvənə biləcəyim, ən xoş günümdə, ən çətin anımda əlimdən tutan, mənlə sevinən, kədərlənən ailəm var. Allah evimizdən atamızı, anamızı əskik etməsin. Rəbbim bütün ailələrə xoşbəxtlik nəsib etsin. Qarşımıza qısqanc, paxıl, qəlbi pisliklərlə döyünən şeytanları çıxarmasın. Doğuş, nə yaxşı ki, varsan, səni tanıdım, bir ömür boyu yol getməyi seçdim. Sən məni dəyişdin. Hər dəfə şikayətlənəndə keçdiyin yolu, qarşılaşdığın insanları xatırladaraq, mənə şükr etməyi öyrətdin. Səninlə daha da müdrikləşdim. Nə yaxşı ki varsan”.


Bir neçə saat əvvəl isə Doğuş öz “İnstaqram” hesabında aparıcı Xoşqədəm Hidayətqızı ilə evliliyinin il dönümünə həsr olunan şəkil paylaşıb. O, Xoşqədəm Hidayətqızını sonsuzadək sevdiyini yazıb .


“Mənim günəşim! Telefondan şəklinə baxanda belə, istiliyini, hüzurunu hiss edirəm. Yaxşı ki, həyatımdasan, yaxşı ki, həyat yoldaşım, nəfəsim oldun. Səni sevirəm. Səni həyatımın sonuna qədər sevəcəm. Səninlə qocalıb, səninlə öləcəyəm. Mənim ən gözəl həyatımsan, həyat yoldaşımsan. Uşaqlarımızla xoşbəxt evimiz olsun. Bu ilk ildönümündə ayrı olmağımız məni kədərləndirdi. Bir də heç vaxt özəl günlərdə ayrı olmayaq, gözəl xanımım. Səni çox sevirəm, həmişə də çox sevəcəyəm. İlk ilimiz mübarək olsun, əzizim”.

Doğuş aparıcı Xoşqədəm Hidayətqızı ilə ötən il evlənib. Toy mərasimi Bakıda həyata keçirilib. Xoşqədəm Hidayət qızı 2011-ci ildən televiziyada fəaliyyətə başlayıb. ANS TV–də"Xoşqədəmlə axtarıram səni "və "Sən tək deyilsən" verlişləriinin aparıcısı olub.

Xoşqədəm Hidayətqızı 2005-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub.

Xoşqədəm:"Allah şeytanları qarşımıza çıxartmasın"
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri