Röya: “Mənim kimi maral meşədə elə-belə qalmaz”

Müğənni Röya Ayxan ATV-də yayımlanan "Hər axşam" verilişinin qonağı olub. "Qafqazinfo" axşam.az-a istinadən xəbər verir ki, 51 kiloqram olan sənətçi aparıcının "Yəqin eşqə düşmüsən" sualına belə cavab verib:

"Mən həmişə 50 kiloqram olmuşam. İndi isə 51 kq olmuşam. Mənim kimi maral meşədə elə-belə qalmaz. Onun ovçusu həmişə var".

R.Ayxan onu qıcıqlandıran hallardan da bəhs edib:

"Həkimə gedəndə qıcıqlanıram. Hamı bir-birinə zəng edir ki, "Röya həkimdədir". Saç ustam belə mənə zəng vurur, soruşur ki, "Nə olub?". Deyirəm, "Mən də insanam, canım ağrıya bilər". Paltar mağazasına getmirəm. Çünki həmişə almayıb, qayıdıram. Ona görə də evimə gətirirlər. Nəsə alsam da, onu geyinib baxmıram. 36 ölçüdə götürüb, evə gətirirəm. Böyük olanda isə hədiyyə verirəm. Diqqətdə olmağımın səbəbi dostlarımdır. Qulaq asmağı sevənəm".

Yeniliklərindən danışan sənətçi 6 ay heç bir layihə təqdim etməyəcəyini bildirib:

"İkinci layihə gəlir, amma 6 aydan sonra. Bu haqda danışa bilmərəm. Ozanla (musiqiçi Ozan Çolakoğlu) müqaviləmiz var, 6 ay heç nə edə bilmərəm. Mənə görə narahat olanlara demək istəyirəm ki, narahat olmayın. Məndən istifadə edə bilməzlər. Düz yolumu bilirəm. Layihələrimdən həmişə gəlir əldə etmişəm. Amma çox xərcləyirəm. Bu il 400 min qazancım olub. Oturub hesablayanda görmüşəm ki, milyon yarım xərcləmişəm. Mahnılarımı Türkiyədə yazdırır, Almaniyada hazırlatdırıram. İstəyərəm ki, pulumu öz ölkəmdə xərcləyim. Amma bizdəkilər bacarmır. Gedirsən ki, studiyalarda 2 milyonluq aparatlar var. Amma onun cəmi iki düyməsini işlədə bilirlər".
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri