Günay sabiq əri haqda: "Ondan adam olmaz"
- 21.10.2015, 20:40,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türk aktyor Tolqa Karellə 4 il davam edən nikahına ötən ay son qoyan və boşanan azərbaycanlı model Günay Musayeva İstanbulda "Denta" brendinin keçirdiyi mərasimə qatılıb.
Mərasimdə xeyli şıq və şən görünən Günay Musayevanın dediyinə görə, oğlu və işi ilə normal həyat yaşayır.
Sabiq əri Tolqa Karellə bağlı sualları cavablayarkən Günay Musayeva deyib: "Biz atasız böyüməyə alışdıq artıq. Qarşı tərəf oğlum Cihangirlə görüşmək istədi, amma icazə vermədim. Çünki o adam hələ boşanmazdan əvvəl mənə Bodrumda xəyanət etmişdi. Üstəlik mənə qarşı fiziki güc tətbiq etdi, təhqirlər söylədi. Bu adamın xasiyyəti dəyişməz. Alma ağacı armud verərmi heç?!"
Günay Musayevanın dediyinə görə, Tolqa Karel artıq ilyarımdır ki, oğlunu görmür: "Cihangir xəstələnmişdi. Tolqaya mesaj yazdım, mənə "Onu məndən soruşub doğdun?!" yazdı, gəlmədi. Oğlum atasını tanımır heç".
Milli.Az, AHT