Nurlana Cəfərova yeni fotosessiyada çəkilib [Foto]
- 21.10.2015, 23:03,
- Şou-biznes / Foto
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
106 FM radiosunun gənc proqram direktoru Nurlana Cəfərovanın füsunkar fotosessiyasını təqdim edəcəyik.
Live.Az xəbər verir ki, yeni fotosessiyada iştirak edib.
Fotosetin müllifi Bəhruz Əlizadədir.
Aparıcını obrazları üstündə dizayner Günel Behbudova işləyib.
Qeyd edək ki, dj Nurlana Cəfərova 1988-ci ildə Bakı şəhərində anadan olub. İxtisasca ingilis dili tərcüməçisidir.
Uşaqlıqdan ən böyük arzusu radio aparıcısı kimi çalışmaq olub. Bu arzusuna 17 yaşında ATV telekanalında keçirilən müsabiqə yolu ilə çatıb.
Artıq 8 ildir ki, televiziya və radio sahəsində çalışır. ATV-də 4 televiziya verilişinin - “Top-10”, “Bizim Səhər”in (Samir Bayramlı ilə) aparıcısı, “ATV club” (Azad Şabanovla), “Free Zone” verilişlərinin isə həm müəllifi, həm də aparıcısı olub. 106 FM radiosunda 10-larla efiri olub. Hal-hazırda radioda “WhatsUp” (Rüfət Ağayevlə birgə) və həftəlik hit parad “Top 20” verilişlərinin aparıcısıdır.
Nurlana eyni zamanda, şeir yazmaq qabiliyyəti də var. Natavan Həbibinin “Yenə də” və Elçin Cəfərovun “Ürəyimdəsən” adlı mahnılarının sözləri ona məxsusdur.