Çempionlar Liqasında III turun növbəti oyunları keçirilib
- 22.10.2015, 08:09,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Çempionlar Liqasında III turun növbəti oyunları keçirilib.
APA-nın məlumatına görə, baş tutan oyunlardan sonra Avropanın ən nüfuzlu klub turnirində ilk dövrəyə yekun vurulub.
A qrupunda liderlər və autsayderlər öz aralarında oynayıblar. Madrid “Real”ı PSJ ilə xalları bölüb. Autsayderlər, “Şaxtyor”la “Malmö”nün oyununda isə sevinən tərəf isveçlilər olub.
B qrupunda baş tutan iki oyundan sonra bütün komandalar eyni – 3 xala sahib idilər. MOİK Moskvada “Mançester Yunaytedi”lə bərabərliyə razılaşıb. PSV isə Almaniyada “Volfsburq”a uduzub.
C qrupunda “Benfika” “Qalatasaray”a səfərdə məğlub olub. “Atletiko” isə “Astana”nı darmadağın edib.
D qrupunun birincisi “Yuventus” xalsız Münhenqladbax “Borussiya”sını yenə bilməyib. “Mançester Siti” isə “Sevilya”nı məğlub edib.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
20 oktyabr
A qrupu
PSJ – “Real” - 0:0
“Malmö” – “Şaxtyor” - 1:0
Noyabrın 3-də keçiriləcək IV turun oyunları: “Real” – PSJ, “Şaxtyor” - “Malmö”.
B qrupu
MOİK – “Mançester Yunayted” - 1:1
“Volfsburq” – PSV - 2:0
Noyabrın 3-də keçiriləcək IV turun oyunları: “Mançester Yunayted” – MOİK, PSV - “Volfsburq”.
C qrupu
“Qalatasaray” – “Benfika” - 2:1
“Atletiko” – “Astana” - 4:0
Noyabrın 3-də keçiriləcək IV turun oyunları: “Benfika” – "Qalatasaray", "Astana" - “Atletiko”.
D qrupu
“Yuventus” – “Borussiya” M. - 0:0
“Mançester Siti” – “Sevilya” - 2:1
Noyabrın 3-də keçiriləcək IV turun oyunları: “Borussiya” M. – "Yuventus", "Sevilya" - “Mançester Siti”.