Bakı-Qazax qatarında partlayıcı qurğunun olması barədə məlumat daxil olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı-Qazax sərnişin qatarında partlayıcı qurğunun olması barədə məlumat daxil olub.


Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.


Hazırda axtarış işləri aparlır. Əlavə məlumat veriləcək.
Şərhlər
Hadisə bölməsinin xəbərləri