Azərbaycanda lisenziyasız fəaliyyət göstərən 29 stomatoloji kabinet aşkarlanıb
- 22.10.2015, 13:50,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu il Azərbaycanda lisenziyası olmadan fəaliyyət göstərən 29 stomatoloji kabinet aşkarlanıb.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Nazirlikdən qeyd ediblər ki, qanunsuz fəaliyyət göstərən stomatoloji kabinetlərdən 4-ü Bakı şəhərində yerləşir.
Həmin sahibkarlıq subyektlərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş inzibati təbdirlər görülüb.