Bakıda Türkiyə vətəndaşı qətlə yetirilib

Bakıda Türkiyə vətəndaşı qətlə yetirilib.


Yasamal Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gün saat 20:00 radələrində Azərbaycan prospekti ev 23 mən 20 ünvanında yerləşən “Göyçay Caspian” MMC nin ofisində qeydə alınıb. Ofisdə 1969-cu il təvəllüdlü Türkiyə vətəndaşı Alım Məhəmmədin meyiti aşkarlanıb.


Meyitə baxış zamanı A. Məhəmmədin çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirildiyi məlum olub .Hadisənin kimin tərəfindən törədildiyi məlum deyil.


Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri