Avropa Liqası: “Monako” “Qarabağ” klubuna qalib gəlib
- 23.10.2015, 09:41,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilir. APA-nın məlumatına görə, Avrokuboklarda mübarizəni davam etdirən klublarımızdan “Qarabağ” da növbəti oyununa çıxıb.
Qurban Qurbanovun yetirmələri səfərdə “Monako” ilə qarşılaşıb. Təmsilçimiz matçdan minimal hesablı məğlubiyyətlə ayrılıb. Ümumilikdə oyunu rəqiblə bərabər səviyyədə keçirən ağdamlılar 70-ci dəqiqədə hesabda geri düşəndən sonra bir neçə epizodda bərabərliyə yaxın olsa da, son anda buna müyəssər ola bilməyib.
Qeyd edək ki, “köhlən atlar” tarixində üçüncü dəfə Fransa klubları ilə qarşılaşırdı. “Monpelye”dən iki böyükhesablı məğlubiyyət alıb, ötən il isə “Sent Etyen”ə uduzmayan “Qarabağ” fransızlara qarşı üçüncü qarşılaşmada da qalib gələ bilmədi.
Avropa Liqası
Qrup mərhələsi, III tur
22 oktyabr
J qrupu
“Monako” (Fransa) – “Qarabağ” - 1:0
Qol: Lasina Traore, 70
Baş hakim: Yakob Kehlet
Baş hakimin köməkçiləri: Henrik Larsen, Heyn Sorensen
Monako. “Lui II” stadionu