Azərbaycanda 200 mindən artıq işçi ilə əmək müqavilələrinin bağlanması təmin edilib
- 06.06.2013, 15:14,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda qısa müddət ərzində 200 mindən artıq işçi ilə əmək müqavilələrinin bağlanmasına nail olunub.
APA-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov deyib.
O bildirib ki, işçilərlə bu müqavilələrin bağlanması müxtəlif dövlət qurumları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin edilib.
Nazir yay mövsümündə daş karxanalarında aparılacaq monitorinqlərə də münasibət bildirib. O qeyd edib ki, daş karxanalarında monitorinqlər mütəmadi olaraq davam etdirilir: “Yay mövsümü başladığından, orada işlərin həcmi kifayət qədər artıb. Ona görə də biz yaxın zamanlarda daş karxanalarında növbəti reydlər həyata keçirəcəyik”.