"Mən qələt edib, başımı daşdan-daşa vurub, onların ünvanına o sözü demişəm".
Bu sözləri müğənni Əli Mirəliyev mətbuatda onun Rəşid Behbudov, Yalçın Rzazadə, Mirzə Babayev kimi sənətçiləri "gey" adlandırması ilə bağlı yayılan xəbərlər haqda axar.az-a danışarkən deyib. Əli Mirəliyev artıq haqqında çıxan yalan xəbərlərdən cana doyduğunu və intihar etmək istədiyini qeyd edib:
"Vallah, deməmişəm, yalan yazıblar. Mən bezmişəm, özümü öldürmək istəyirəm. Bəsdir də... Mən Rəşid Behbudova necə o sözü deyə bilərəm axı?! Tolik, Nadir mənim dostlarımdır. Ayıb deyilmi yalandan mənə şər atırsınız? Cinsi orientasiya hər kəsin şəxsi işidir və mən şəxsi işə qarışmıram".
Xatırladaq ki, "Mir.az" saytında Əli Mirəliyevin Rəşid Behbudov, Yalçın Rzazadə, Mirzə Babayev, Nadir Qafarzadə və Toliki gey adlandırması ilə bağlı xəbər dərc olunub.
-----------
Mediada daim qalmaqallarıyla tanınan müğənni Əli Mirəliyev yenə də şok sözləriylə adından söz etdirir.
Müğənni Əli Mirəliyevin dahi sənətkarlarımız haqqında, eləcə də bir çox tanınmış insanlar haqqındaki fikirlərini mir.az təqdim edib.
Əli Mirəliyev: "O vaxt gey olmaq gizli idi. Amma indiki aktyorlar, sənəd adamları geyliklərini aşkar edirlər. Keçmişdə Rəşid Behbudov, Yalçın Rzazadə, Mirzə Babayev də gey idi. Lakin onlar bunu aşkar etmirdilər. Bəyəm onların pulları yox idi? İndiki müğənnilər şalvarı elə geyinirlər ki, şalvarın ayağı elə dar olur ki, axşam yatmağa gedəndə çıxartmaları mümkün olmur. İndiki müğənni "kişi"lər saqqal saxlayırlar. Elə bilirlər ki, müasirdirlər. Məsələn, Nadir Qafarzadəni başa sala bilmirəm ki, ayə ... sən və Tolik birgə dilinizi qarnınıza qoyun, danışmayn. Kim danışsa da, siz kişilikdən danışmayın. Deyirəm, ayə, Nadir, kişisən, oranı-buranı niyə kəsdirirsən? Deyir, neyləmişəm ki, bir tək burnumu kəsdirmişəm də. Sən nə gündəydin, ala, xiyar satanlara oxşayırdın. İndi guya bir burnunu kəsdirmisən? Hamınızda maviləşmə gedir, bəs bu qızlar necə olacaq? Bunları kim alacaq?" - deyə Əli Mirəliyev gileylənib.
milli.az